Ölkənin strateji valyuta ehtiyatları 3 illik mal və xidmətlərin idxalına kifayət edir
Bizi izləyin

Digər

Ölkənin strateji valyuta ehtiyatları 3 illik mal və xidmətlərin idxalına kifayət edir

Ölkədə xarici investor fəallığı yüksək olaraq qalır.

Publika.az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 2014-cü ildə 6.2 mlrd. ABŞ dollarından çox olub. Bu da ümumi investisiyaların 27.7%-ni təşkil edir. Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verir.

Aşağıdakı qrafikdən göründüyü kimi, 2014-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları və ya 2.4% artaraq 51.4 mlrd. ABŞ dollarına çatıb. Bankdan deyilir ki, ölkənin strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir və xarici dövlət borcunu 8 dəfə üstələyir. İlin sonuna strateji ehtiyatların ÜDM-ə nisbəti 70%-ə yaxın olmuşdur. Strateji ehtiyatların tərkib hissəsi olan Mərkəzi Bankın ehtiyatları manatla geniş pul kütləsinin (M2) 62% hissəsini təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm