Şimali Koreya dənizə iki raket atdı
Bizi izləyin

Digər

Şimali Koreya dənizə iki raket atdı

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə başlatdığı hərbi təlimlərə etiraz olaraq dənizə iki qısa-məsafəli raket atıb.

Publika.az-ın məlumatına görə, Cənubi Koreya rəsmiləri raketlərin Şimali Koreyanın liman şəhəri Nampodan 490 kilometr uzaqlıqda Şərq dənizinə düşdüyünü bildirib. Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min-Seok deyib ki, hadisə silahlı etiraz kimi görünən, lakin qəsdən edilən təxribat hesab olunur. Çünki Şimali Koreya raketləri qeyri-hərəkət zonası təyin etmədən atıb.

Kim müxbirlərə bildirib ki, Cənubi Koreya və ABŞ qüvvələri nəzarət tədbirlərini artırıblar və hər hansı bir hadisə zamanı dərhal cavab verməyə hazırdı. "Şimali Koreya təxribat xarakterli hərəkətlər etsə, bizim ordumuz o dərəcədə qəti reaksiya göstərəcək ki, Şimali Koreya çox təəssüflənəcək", - Kim əlavə edib.

Şimali Koreya uzun müddətdir Vaşinqton və Seulun iliik hərbi təlimlərini dayandırmalarını tələb edib. Şimali Koreya bu təlimləri “Şimalın işğalına hazırlıq” adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm