Dörd bank bağlana bilər
Bizi izləyin

Digər

Dörd bank bağlana bilər

Dörd bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, həmin bankların ümumi bank kapitalında çəkisi 0,7 faizdir. 23 bankın məcmu kapitalı 50 milyon manatdan 60 milyon manata qədərdir. Doqquz bankın məcmu kapitalı 60 milyon manatdan 100 milyon manata qədərdir. O cümlədən daha doqquz bankın kapitalı 100 milyon manatdan çoxdur.

Bundan əlavə, cari ilin 2 ayında 5 bank zərərlə işləyib. Bank sisteminin cəmi zərəri -4,037 milyon manat təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bankın 2013-cü ildə verdiyi qərara əsasən bankların məcmu kapitalı ilə bağlı tələb 50 milyon manata çatdırılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm