Vergi borcunu ödəməyənlər arasında neft şirkətləri də var
Bizi izləyin

Digər

Vergi borcunu ödəməyənlər arasında neft şirkətləri də var

Vergilər Nazirliyi 2015-ci il yanvar ayı üzrə vergi borcunu ödəməyən 306 şirkətin və 99 fiziki şəxsin siyahısını açıqlayıb. Diqqəti çəkən siyahıda neft şirkətlərinin olmasıdır.

Publika.az xəbər verir ki, siyahıda "RİYAD-FARM" MMC kimi gəlirli müəssisələrlə bərabər, “Karasu Development Company” neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi (“Mişovdag” və “Kəlaməddin” yataqlarının işlədilməsi layihəsində təmsil olunur), “Petroleum Services Group SA” şirkəti, “Rotary Engineering” şirkətinin Bakı filialı (servis şirkəti), “Azərenerji” ASC-nin “Gəncə regional elektrik şəbəkəsi” MMC, “Azərsu” ASC-nin “Birləşmişsukanal” MMC, “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyi (“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsində təmsil olunur) yer alır.

Xatırladaq ki, 2014-cü ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm