Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi artıb
Bizi izləyin

Digər

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi artıb

Yanvar ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən 18579,8 milyon manat kredit verilib.

Publika.az xəbər verir ki, kreditin 6391,1 milyon manatını dövlət bankları ayırıb. 11629 milyon manat isə özəl banklar tərəfindən verilib. 1030,9 milyon manat kreditin vaxtı keçib. Manatla vaxtı keçmiş kreditlər 322,7 milyon manat olub. 204,4 milyon manat vaxtı keçmiş kredit isə xarici valyutada olub.

Rəqəmlərin təhlili göstərir ki, ötən ilin son 3 ayından başlayaraq, xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi artıb. Kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 15135 milyon manat olub. Ev təsərrüfatları tərəfindən yerləşdirilən depozitlərin həcmi cəmisi 7121,3 milyon manat olub. Əhalinin əmanətləri 2014-cü ilin sonu ilə müqayisədə azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm