Fevralda ipoteka krediti verilməyib
Bizi izləyin

Digər

Fevralda ipoteka krediti verilməyib

İpoteka Fondu baza göstəricilərini açıqlayaraq, fevral ayında kreditləşmə aparmadığını bildirib.

Publika.az Banker.az-a istinadən xəbər verir ki, 2015-ci ilin mart ayının 5-nə kimi ölkədə 636 milyon 42 min manat məbləğində 15 min 903 ipoteka krediti verilib. Bu da fevralın 5-nə olan göstərici ilə eyniyyət təşkil edib.

2015-ci ilin yanvarında bu rəqəm müvafiq olaraq 632 milyon 463 min 540 manat (15 839 kredit), 2014-cü il yanvarın 7-də 532 milyon 535 min 800 manat (13 554 kredit) verilib.

Cari ilin fevral ayında heç bir ipoteka krediti verilməyib. Yanvar ayında 3 milyon 578 min 460 manatlıq 70 kredit verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm