Digər
Fevralda Bakı-Tiflis-Ceyhan ilə 2 milyon 230 min 224 ton neft nəql olunub
2015-ci ilin fevral ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub.
Publika.az xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-dək BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti (ötən ay ümumilikdə 602 min 066 ton) nəql olunub.2015-ci ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik18 Aprel 21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin118 Aprel 21:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."