Bank müştərilərinin sayı azalıb
Bizi izləyin

Digər

Bank müştərilərinin sayı azalıb

Hazırda ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 6018 ədəd təşkil edir.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, onlardan 2441 ədədi debet (sosial, əmək haqqı) kartlarıdır. Kredit kartlarının sayı isə 1322 ədəddir. Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 6418 milyon manat olub.

Ölkədaxili əməliyyatlara gəlincə, ATM-lər vasitəsilə 696 milyon manat pul çıxarılıb. POS-terminallar vasitəsilə 58 milyon manat çıxarışı reallaşdırılıb. Nağdsız ödənişlərin həcmi ATM-lər vasitəsilə 58 milyon manat olub.

Hesabat dövründə bank müştərilərinin sayı 5062382 nəfər olub. Bunun da 4967148 nəfərini fiziki şəxslər təşkil edib.

Onu da qeyd edək ki, ötən ilin noyabr ayından başlayaraq, bankların müştərilərinin sayı azalıb. Belə ki, 2014-cü ilin noyabrında bankların müştərilərinin sayı 5238250 nəfər olmuşdusa, ilin sonuna bu rəqəm 5146029 nəfər, yanvar ayına isə 5062382 nəfər olub.

Maraqlıdır ki, cari ilin birinci ayında müştərilərin depozit hesabları da azalıb. İlin sonunda 658210 depozit hesabı var idisə, yanvarda 652409 depozit hesabı qeydə alınıb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin depozit hesablarında baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm