Kreditlər üzrə faizlər yüksəlib
Bizi izləyin

Digər

Kreditlər üzrə faizlər yüksəlib

Kreditlər üzrə orta faiz dərəcəsi manatla 13,71 faiz, xarici valyuta ilə 14,28 faiz təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, ümumilikdə ötən ay verilən kreditlər üzrə orta faiz dərəcəsində azalma baş verib.

Buna baxmayaraq, fiziki şəxslərə verilən kreditlərin faizlərində artım qeydə alınıb. Belə ki, fiziki şəxslərə verilən kreditlərin faiz dərəcələri manatla kreditlər üzrə 18,53 faizdən 18,59 faizə, xarici valyuta ilə 21,52 faizdən 22,75 faizə yüksəlib. Hüquqi şəxslərə xarici valyutada verilən kreditlərin də faizləri 5 faiz qalxıb. Diqqəti çəkən məqam qısa müddətə verilən manatla kreditlər üzrə faizlərin yüksəlməsi, uzun müddətə verilən kreditlərdə isə faizlərin azalmasıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm