Ərzaq məhsullarının qiymətləri 6,6 faiz bahalaşıb - Rəsmi
Bizi izləyin

Digər

Ərzaq məhsullarının qiymətləri 6,6 faiz bahalaşıb - Rəsmi

İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb.

Publika.az-a Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşıb.

Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təşkil edib.

2015-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3,7 faiz artaraq 618 manata çatıb. Gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm