Problemli kreditlərin həcmi 5 faizi keçdi
Bizi izləyin

Digər

Problemli kreditlərin həcmi 5 faizi keçdi

Vaxtı keçmiş kreditlərin həcmi 5 faizi ötüb.

Publika.az xəbər verir ki, vaxtı keçmiş kreditlərin həcmi 5,3 faiz olub. Kredit qoyuluşları 18542,6 milyon manat təşkil edib. 14611,3 milyon manat kredit uzun müddətə, 3931,3 milyon manat qısa müddətə verilib. 976,3 milyon manat kreditin vaxtı keçib. Qüvvədə olan kreditlərin 33,1 faizi dövlət, 64 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb.

Əhalinin əmanətlərinin həcminə gəlincə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq, 7,2 milyard manata çatıb. Əmanətlərin 4,4 milyard manatı və ya 61,5 faizi milli, 2,8 milyard manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 13,7 və 10,3 faiz artıb. Əmanətlərin 75,8 faizi özəl banklarda yerləşdirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm