Aydın Mirzəzadədən ipoteka vəsaitinə ETİRAZ: “Bu, yetərli deyil”
Bizi izləyin

Digər

Aydın Mirzəzadədən ipoteka vəsaitinə ETİRAZ: “Bu, yetərli deyil”

İpoteka proqramına ayrılan vəsaitlər mənzil problemini həll etmək üçün yetərli deyil. Hökumət mənzil problemini həll etmək məqsədilə hüquqi proqram qəbul etməlidir”.

Publika.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib. O bildirib ki, proqrama ilk olaraq sosial evlərin tikintisi daxil edilməlidir: “Hökumət evlərin tikintisinə bir neçə milyon manat vəsait ayırmalıdır. Sosial evlər tikilərək 20 il müddətinə 3-4-5 faizlə vətəndaşlara satılmalıdır. Bundan əlavə, proqrama tikinti şirkətlərinin vergidən azad edilməsi daxil edilməlidir. Şirkətlərin qarşısında Bakı və Sumqayıt istisna olmaqla bölgələrdə mənzil tikintisi öhdəliyi qoyulmalıdır. Düzdür, şirkətlərin vergidən azad edilməsindən büdcə müəyyən həcmdə vergi daxilolmalarını itirəcək. Amma əvəzində regionlarda kütləvi mənzil tikintisinə səbəb olacaq. Bu, demoqrafik göstəricilərə də müsbət təsir göstərəcək. İş yerləri yaradacaq, vətəndaşlar öz yerlərini tərk edib paytaxta üz tutmayacaqlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm