Qvardiola: “Messinin oyununa baxanda dincəlirəm”
Bizi izləyin

Digər

Qvardiola: “Messinin oyununa baxanda dincəlirəm”

Dünən Çempionlar Liqasında baş tutan “Barselona” – “Mançester Siti” (1:0) qarşılaşmasını tribunadan izləyənlər arasında “Bavariya”nın çalışdırıcısı Pep Qvardiola da vardı.

Publika.az xəbər verir ki, vaxtilə “Barsa”ya il ərzində bütün mümkün titulları qazandıran mütəxəssis sabiq klubunun oyununu ayrıldıqdan sonra ilk dəfə “Nou Kamp”dan izləyib.

İspan çalışdırıcı Kataloniya klubunun “göz bəbəyi” Lionel Messi haqda danışıb:

“Messi çox-çox yaxşı oynadı. Onun oyununa tamaşa etmək dincəlmək kimi bir şeydir. “Barselona” əla mövsüm keçirir. Görək, püşk onlara kimi rəqib seçəcək”.

Onun “Nou Kamp”a təşrif buyurmasını gələcək mümkün rəqibin oyununu izləmək şansı kimi də xarakterizə edirlər. Qeyd edək ki, 1/4 final mərhələsinin püşkü sabah Nyonda atılacaq. “Barselona”nın “Bavariya”yla qarşılaşıb-qarşılaşmaması isə “püşkün insafına” qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm