Digər
Vahid Ələkbərovdan gələn il üçün bəd proqnoz
Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov yaxın 1,5-2 il sonra dünyada neft qıtlığının başlayacağını deyib.
Virtualaz.org xəbər verir ki, Ələkbərov neftin indiki ucuzlaşmasının səbəbini Fars körfəzi ölkələrinin ABŞ-da şist nefti hasilatını sıradan çıxarmaq üçün başlatdıqları müharibənin nəticəsi olduğunu bildirib.
“Bu müharibənin mahiyyəti odur ki, OPEC bazara o qədər Brent markalı neft çıxaracaq ki, ABŞ-ın WTI markalı neftinin hasilatı rentabelli olmasın. Nəticədə hazırda dünyada neft anbarları kəskin ucuzlaşan neftlə doludur. Bu da şübhəsiz ki, nə “LUKoil”u, nə də Rusiyanı qane etmir. Neftin ucuzlaşması rublun dəyərdən düşməsinə gətirib çıxarıb”- deyə V.Ələkbərov bildirib.
“Fikrimcə, bu gün anbarlarda olduqca böyük həcmlərdə neft saxlanılır. Təəssüf ki, bu həcm artır”- deyə “LUKoil” prezidenti əlavə edib.
V.Ələkbərovun sözlərinə görə, bu proses nəticəsində ABŞ-da neft hasilatı kəskin azalır, quyular bağlanır, işçilər ixtisara salınır. Bu da dünyada neft hasilatının azalmasına gətirib çıxarır və 2016-cı ildən etibarən dünyanı yeni neft böhranı gözləyir.
Lakin analitiklər V.Ələkbərovun bu pessimist proqnozu ilə razılaşmır. Belə ki, neftin qiymətinin 60 dollar civarında qaldığı indiki vaxtda WTI markalı neftin hasilatı rentabelli olaraq qalır və hasilatı azaltmaq üçün ciddi səbəb yoxdur.
ABŞ-ın energetika agentliyi EİA isə bu il ölkədə neft hasilatının sutkada 9,3 milyon barrelə qədər artacağını proqnozlaşdırır. Bu, Rusiyanın sutkalıq hasilatına yaxındır.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır