Digər
Ukraynanın güc strukturları irimiqyaslı xüsusi əməliyyata başladı
Ukrayna Prezidenti Petro Poroşenko ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib. Publika.az bildirir ki, bu barədə Trend UNN agentliyinə istinadən məlumat verir.
O, qeyd edib: "Mənim tapşırığım və əmrimlə Ukraynanın bütün güc strukturları ukraynalıları öldürən, lakin cəzasız qalan cinayətkar dəstələri yox etmək üçün irimiqyaslı xüsusi əməliyyata başlayıblar".
Prezidentin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qatillərini tapmaq və cəzalandırmaq şərəf məsələsidir.
Söhbət Xidmət əməkdaşlarının Volnovaxadakı öldürülməsindən gedir. Ötən şənbə Volnovaxada naməlum şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına avtomat silahlardan atəşə açmışdılar. Öldürülən əməkdaşlar qaçaqmalçıların saxlanması üzrə xüsusi tapşırığı yerinə yetirirdilər.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirmişdi ki, Dnepropetrovsk vilayət administrasiyasının məmurları Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəkləyirlər.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI