Gül-çiçəkləri sevən qəssab
Bizi izləyin

Digər

Gül-çiçəkləri sevən qəssab

Onu 3 il qabaq bazarda görəndə heyrətlənmişdim.

Çox nataraz adam idi. Boyu 1,95, çəkisi 150 kiloqram olardı. Danışanda səsi sanki mikrafondan çıxırdı; gurultulu, zabitəli bir səsi vardı. Yaşı çox olmazdı, uzağı 36-38. Üz cizgiləri isə bədən quruluşu ilə tərs mütənasib idi. Elə hey uşaq təbəssümü ilə gülümsəyirdi.

Bazarda ən böyük qəssab dükanı onun idi. Cəmi bircə dəfə hirsli görmüşdüm onu. Bazarda satıcılardan kimsə ucadan söyüş söymüşdü. Bu da qəssabı özündən çıxarmışdı. Bütün satıcıları bir yerə yığıb nəriltili səslə “ bura gələnlər ana-bacımızdı, bir də kimisə söyüş söyən, kiməsə nəlayiq hərəkət edən görsəm başını qoparacam”, - deyə xəbərdarlıq etmişdi.

O gündən satıcıların hamısı özünü yığışdırıb, qəssabın sözlərini qulaqlarında sırğa etmişdilər. Qəssabın dükanı da diğərlərindən fərqlənirdi. Dükanın içini onlarla gül dibçəkləri bəzəyirdi. Qəribə mənzərə idi - vitrində asılan mal, qoyun cəmdəkləri və ətrafında gül-çiçək dibçəkləri. O qədər ondan bazarlıq etmişdim ki, aramızda ünsiyyət yaranmışdı. Həm də o da mənim kimi Qarabağlı idi – laçınlı.

Bir dəfə ondan dükanı niyə gül-çiçəklə bəzəməsinin səbəbini soruşdum. Üzünə sanki bulud çökdü. Dedi ki, nəinki dükan, qaldığı evi də belə gül-çiçəklə doludu. Sən demə aman-zaman bir oğlu varmış. O da “Daun” sindromlu xəstə imiş. Həkim tapşırıb ki, belə xəstələrə daim oksigen lazım olur. Odur ki, qəssab oğluna görə hər yeri gül-çiçəklə bəzəmişdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm