İtaliya Azərbaycan qazı üçün tender elan edib
Bizi izləyin

Digər

İtaliya Azərbaycan qazı üçün tender elan edib

Trans - Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsi üzrə konsorsium qaz kəmərinin qəbul terminalı və İtaliyada boru kəmərinin quru hissəsinin tikintisi üzrə ilkin seçim mərhələsi elan edib.

Publika.az xəbər verir ki, bu barədə konsorsiumun elanında bildirilir. Qeyd edilir ki, ilkin seçim mərhələsi iki lot üzrə elan olunub: boru kəmərinin qəbul terminalının və qaz kəmərinin uzunluğu 8 km, diametri 36 düym olan quru hissəsinin layihələndirilməsi, satın alınması, tikintisi və montajı (Engineering, Procurement and Construction, EPC).

Qaz terminala TAP kəmərinin dəniz hissəsindən daxil olacaq. Burada həm də boru kəmərini idarəetmə və nəzarət mərkəzi yerləşəcək. Terminal İtaliyanın “Snam Rete Gas” qaz nəqli şəbəkəsinə qoşulacaq.

Xəbər verildyi kimi, TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2020-ci ilin əvvəlinə başlanması nəzərdə tutulur.

TAP kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), Enagás (16%) və Axpo (5%).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm