SOCAR satdığı neftin orta qiymətini açıqladı – RƏQƏMLƏR
Bizi izləyin

Digər

SOCAR satdığı neftin orta qiymətini açıqladı – RƏQƏMLƏR

SOCAR özünün ixrac boru kəmərləri ilə dünya bazarlarına çıxardığı neftin terminallardakı orta aylıq qiymətlərini ictimaiyyətə açıqlayıb.

Publika.az xəbər verir ki, Caspian Barrel ekspertləri həmin qiymətlər əsasında hesablamalar aparıb. Həmin hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan ilə daşınan və Aralıq dənizinin Ceyhan limanından (Türkiyə) BTC FOB Ceyhan tipli neft adı altında dünya bazarlarına çıxarılan xammalın bir barelinin orta qiyməti 55,62 dollar olub. Ötən ilin müvafiq dövründə bu göstərici 109,74 idi. Yəni cari ilin I rübündə Azərbaycan neftinin Ceyhan limanından ixrac qiymətləri 49,31% azalıb.

Qeyd edək ki, Ceyhan limanından Azərbaycan “Azəri” və dərinsulu “Günəşli” yataqlarından hasil edilən xam nefti dünya bazarlarına çıxarır. Bu yataqlardan hasil edilən xam neftin təqribən 70% -i mənfəət şəklində Azərbaycana çatır və onların satışından əldə edilən gəlir Azərbaycan Dövlət Neft Fondunun hesabına köçürülür.

BTC FOB Ceyhan tipli xam neftin qiyməti (barel/$):

aylar 2015 2014

Yanvar 49,53 108,76

Fevral 59,99 110,94

Mart 57,33 109,53

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm