“İran neft bazarına ciddi təsir edə bilməyəcək” – İDDİA
Bizi izləyin

Digər

“İran neft bazarına ciddi təsir edə bilməyəcək” – İDDİA

İranın nüvə proqramı üzrə danışıqların fonunda İran ilə sülh müqaviləsinin neft bazarına təsiri barədə çoxlu suallar meydana çıxır. CNBC kanalına müsahibəsində JBC Energy şirkətinin icraçı direktoru Yohannes Bennini qeyd edib ki, əgər tərəflər razılığa gələ bilsələr, bu, qısamüddətli perspektivdə neft bazarına ciddi təsir etməyəcək.

O bildirib ki, İran ilə danışıqların neft bazarındakı cari vəziyyətə təsiri şişirdilməməlidir: “Birincisi, İran neftinin tədarükünün artması üçün ABŞ və Aİ-nın sanksiyalarının ləğvi lazımdır. Bu isə cari ilin 1 iyuluna qədər baş verməyəcək. Daha sonra, nəyin hesabına İran neft tədarükünü artıra bilər? Mümkün variantlardan biri kimi tankerlərdə yığılan nefti göstərirlər. Burda müxtəlif rəqəmlər səslənir, kimsə 13 milyon barel rəqəmi söyləyir. Daha əhəmiyyətlisi, İran nümayəndələrinin gündə 1 milyon barel neftin artırılması barədə bəyanatlarıdır. Biz hesab edirik, bu, az ehtimal edilən variantdır. Bir tərəfədən, yataqların tükənməsi prosesi gedir. Digər tərəfdən isə sanksiyalar və sərmayə çatışmazlığı İranın neft hasilatını artırması qabiliyyətinə ciddi məhdudiyyətlər qoyur. Bizim hesablamalarımıza görə, əgər müqavilə imzalansa və sanksiyalar qaldırılsa, İran neft hasilatını gündə 600 min barel, indiki səviyyədən 2.8 milyon barelə qədər artıra bilər”.

Yohannes Bennini qeyd edib ki, İran gündə qaz kondensatı və müxtəlif yanacaq adı altında 200-300 min barel neft satır: “Bu, embarqolardan yan keçmək üçün edilir. Sanksiyalar ləğv edilsə, neft təchizatının yenidən təsniflənməsi olacaq. Beləliklə, İranın real olaraq bazara neft tədarükünü artırmaq gücü gündə 300 min barel təşkil edir. Ona görə də mən İran rəsmilərinin bəyanatlarına əhəmiyyət verməzdim. İranın neft sənayesinə sərmayələr tələb olunur. Buna görə də İran rəhbərliyi sanksiyaların aradan qaldırlmasına çalışır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm