Azərbaycana 518 milyon dollar kredit ayrılacaq
Bizi izləyin

Digər

Azərbaycana 518 milyon dollar kredit ayrılacaq

2015-2017-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana enerji və nəqliyyat infrastrukturunun inkişafına 518 milyon dollar kredit ayıracaq.

Publika.az AİB rəsmi internet ünvanına istinadən bildirir ki, vəsait 2015-2017-ci illərdə Azərbaycanda həyata keçirilən biznes-əməliyyatlara görə ayrılacaq. Beləliklə, AİB Azərbaycanda dəyəri 332 milyon dollar olan “elektrikin paylanması inkişafı layihəsini” maliyyələşdirəcək. Bu layihə üçün AİB tərəfindən 250 milyon dollar kredit ayıracaq. Yerdə qalan vəsait Azərbaycan hökümətinin öz vəsiti olacaq.

2016-2017-ci illərdə Azərbaycan və AİB “bərpa olunan enerjinin inkişafı layihəsini” həyata keçirəcəklər ki, layihəyə 53 milyon dollar vəsait ayrılacaq. Vəsaitin əsas hissəsini AİB-nın krediti (40 dollar) təşkil edəcək.

2015-2017-ci illərdə Azərbaycanın nəqliyyat sektorunda artıq üçüncü olan “yol-nəqliyyat sektorunun inkişafı layihəsinə” 133 milyon dollar vəsait ayrılacaq ki, bunun da 100 milyon dollarını AİB-nın kredit payına düşəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm