UNİBANK rəhbəri Fransanın ali mükafatına layiq görüldü - FOTOLAR
Bizi izləyin

Digər

UNİBANK rəhbəri Fransanın ali mükafatına layiq görüldü - FOTOLAR

“Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Azərbaycan- Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı- “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb.

Fransa dövlətinin yüksək dövlət mükafatını bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye Eldar Qəribova təqdim edib. Səfir ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə E.Qəribova təşəkkürünü bildirib. Mükafata görə Fransa rəhbərliyinə minnətdarlığını bildirən Eldar Qəribov, bu mükafatın onun üçün böyük əhəmiyyət daşıdığını deyib:

“Mən bu böyük mükafata və mənim təvazökar əməyimə verilən yüksək qiymətə görə Fransa prezidentinə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün böyük şərəf və həmçinin böyük məsuliyyətdir ki, tarixdə ilk azərbaycanlı sahibkar olaraq bu mükafata layiq görülmüşəm. Ölkələrimiz arasında uzun illərdir davam edən yüksək dostluq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi üçün bundan sonra da dəstəyimi əsirgəməyəcəm”

Qeyd edək ki, Fəxri Legion ordeni — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Bu orden Fransa qarşısında xidmətləri rəsmi tanınmasının göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm