Digər
ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ münaqişəsi xüsusi diqqət tələb edir"
Dağlıq Qarabağ münaqişəsi hazırkı mərhələdə xüsusi diqqət tələb edir. Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Nyu-Yorkda BMT Daimi Şurasının iclasında çıxışı zamanı bildirib.
D.Burkhalterin sözlərinə görə, son zamanlarda təmas xəttində gərginliyin artması səbəbindən bu münaqişə xüsusi diqqət tələb edir.ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, İsveçrənin ATƏT-dəki sədrliyi Qarabağ münaqişəsinin nizamlanması üçün qurulmuş formatı, xüsusilə də ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunu dəstəkləyəcək.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom