Qatil cinlər və ekzorsizm - FOTO, AUDİO
Bizi izləyin

Digər

Qatil cinlər və ekzorsizm - FOTO, AUDİO

Ekzorsizm nədir?

Ekzorsizm (yunanca exorkizein - ovsunlamaq) - cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması. Hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə cinləri qovması təsvir edilib. Haqqında bir çox bədii film çəkilib. Məsələn, "İblisi Qovan" və "Emili Rouzun Altı Cini".

İnsan cisminə keçmiş bəd ruhların,cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir. Xristianlığa qədərki dövrdə də mövcud olub. Şamanlar tərəfindən müxtəlif ayinlər, mərasimlər keçirilirdi. Baxmayaraq ki, xristianlar bu mərasimi ilk dəfə İsa Məsihin keçirdiyini deyirlər.

Bu əlamətlər varsa, deməli bədəninizə cin daxil olub

Bir çox xalqlar, sivilizasiyalar və dinlərdə insan bədəninin ruhlar tərəfindən işğal olunmasından bəhs edilir. Bir neçə əsr bundan qabaq Şizofreniyanın bu və ya digər formaları, o cümlədən də Turet sindromuna yoluxmuş insanları da cinlər tərəfindən işğal olunmuş hesab edirdilər. Bəs cinin insan bədənində göstərdiyi əlamətlər hansılardır?

-həmişə sakit olan insanın birdən-birə çılğınlaşması;

-və ya əksinə həmişə çılğın insanın sakitləşməsi;

-normadan az və ya çox yatması;

-bədənində qançırların peyda olması;

-evdə dini atributların dağıdılması;

-seksual aclığın yaranması;

-yatarkən gecə kabuslar görməsi;

-tanımadığı dildə danışmağa başlaması və ya öz dilində aksentlə danışması;

-qırtlaq səsləri ilə danışaraq ulaması;

-uzun müddət gözlərini qırpmaması;

Bu insanların göz bəbəklərinin rəngi dəyişir və köpək balığının gözləri kimi tünd qara rəng olur. Bədəninə cin daxil olan insanlar çox elastik olurlar və asanlıqla dirsək və bədəninin digər hissələrini bura bilirlər.

Cin, yoxsa xəstəlik?

Annaliza Mişel 1952-ci il 21 sentyabrında Almaniyada doğulub. O, mühafizəkar katolik ailədə dünyaya gəlib. Uşaqlığında çəkilmiş şəkillərdən bəlli olur ki, o, çox şən və fəal gənc olub. Lakin 23 yaşında hər şey dəyişir. Zəif, döyülmüş, qorxmuş təsiri bağışlayan qız dəli kimi olur. Bəs buna səbəb nə idi? Hesab olunur ki, cinlər gənc qızın bədəninə girib və Annaliza şeytana təslim olana qədər nə az, nə çox düz 8 il mübarizə aparıb.

Qətlə yetirilən Annalizanın qatili kim idi?

Annalizadan öncə anası qeyri-nikahdan uşaq uşaq dünyaya gətirir. Bu isə Katolik ailəsi üçün utancverici idi. Sonradan o, ailə həyatı quraraq Annalizanı dünyaya gətirməklə birinci qızının günahlarını yumaq istəyir. Təəssüf ki, Annalizanın böyük bacısı 8 yaşında ikən vəfat edir. Qız anasının günahına görə, özünü təqsirli hesab edirdi.

Annalizada ilk simptomlar 1968-ci ildən sonra başlandı. O zaman qız 16 yaşlı məktəbli idi. Tez-tez baş verən qıcolmalara görə, həkim ona epilepsiya diaqnozu qoyur. Annaliza məktəbi bitirdikdən sonra müəllim olmaq üçün kollecə gedir. Görünür, tibb sahəsi qıza kömək olmur və onun vəziyyəti getdikcə daha da pisləşir.

Annaliza dua edərkən gözlərinə qəribə görüntülər görünür. Şeytanın səsini eşidib buyuruqlarına əməl etməyə başlayır. Daha sonra dini ikonalara nifrətini göstərməyə başlayır. Qızın bu vəziyyətini görən ailə dostu Annalizanı keşişə göstərməyi məsləhət bilir. Keşişlər eksorsizimə (cinin çıxarılması prosesi) əl atmaq istəyirlər.

1975-ci ildə valideynləri həkimlərdən əl üzüb qızı Roma kilsəsinə verirlər. Annaliza, valideynləri və keşişlər onun tezliklə sağalacağına ümid edirdilər. Annaliza Mişelin özü etiraf edirdi ki, Neron, Hitler, Lusifer, Habil və digər 6 cin onu idarə edir. 10 ay ərzində atası və keşiş tərəfindən 67 dəfə cin çıxartma ayini keçirildi. Qeyd olunmalıdır ki, cin çıxarılarkən qız bütün ayinlərə barmaqarası baxırdı. Bu ayinlər zamanı qız o qədər zəifləyirdi ki, halsız olub yerə yıxılırdı. Ölənə qədər yeməkdən tamamilə imtina etməsini təsvir etmək elə də çətin deyil. O, yemək yeməməklə cinin idarəsini zəiflədə biləcəyinə inanırdı. İddia olunur ki, cin çıxartma zamanı o, bir neçə dildə (güman ki, onun içinə girən şeytan və cinlərin sayəsində) danışırdı.

Tibb aləmi Annalizanı xilas edə bilmədi və gənc qızın vəziyyəti bu ayinlərdən sonra daha da pisləşdi. O, yerə ifraz edərək sonradan onu yalayaraq yeyirdi. O, həşəratları yeyir, dini ikonaları sındırır, bir dəfə düz iki gün mətbəx stolunun altında it kimi ulayır.

Annaliza Mişelin 1976-cı il 1 iyul tarixində aclıq və susuzluqdan ölür. 23 yaşlı qız ölərkən çəkisi 31 kilo idi. Atası və ayini həyata keçirən iki keşiş onu öldürməkdə günahkar bilinir. Məhkəmə istintaqı zamanı ayin həyata keçirilərkən istifadə olunmuş audio və şəkillər təqdim olunur.

Mişelinin başına gələnlər hələ də naməlum olaraq qalır. Güman olunur ki, qız şizofreniya və şəxsiyyətin ikiləşməsi sindromlarından əziyyət çəkib.

Qız anasına deyib: “Ana, getmə, mən qorxuram”. Bu onun sonuncu sözləri olub. Öldükdən sonra onun cəsədini meyitxanaya yaxın da buraxmayıblar.

14 yaşlı Roland da eyni bəlaya düçar olur

Tarixdə Annaliza kimi insanlar az olmayıb. 14 yaşlı Rolandın hekayəsi əsasında “The Exorcist” Hollivud filmi çəkilib. Əslində oğlanın şəxsiyyətini gizlətmək üçün Katolik kilsəsi tərəfindən ona Roland adı verilib. O, ilk növbədə su səslərini yamsılamağa başlayır. Sonradan isə evində dini atributlar dağılmağa başlayır, qəribə və naməlum ayaq, cırmaq səsləri gəlir. Oğlanın bədəni cırmaq içində olur. Qırtlaqdan gələn qəribə səs tonunda danışan uşaq ağrılar içində qıvranır.

Diqqət! Aşağıdakı audioda Annalizanın müalicəsi zamanı danışıqlar qeydə alınıb. Ürəyi zəif olanlara məsləhət deyil.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm