Digər
Sumqayıtda Education USA “Alumni Fair” - ABŞ-da Təhsil “Məzunlar Yarmarkası” keçirilib
2014-cü ilin martın 1-də ABŞ -ın Azərbaycandakı Səfirliyi, Sumgayit Təhsil Məlumat Mərkəzinin dəstəyilə EducationUSA-in "Alumni Fair" - ABŞ-da Təhsil "Məzunlar Yarmarkası" adlı təhsil sərgisi keçirilib.
Publika.az-ın ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi
məlumata görə, tədbirin əsas məqsədi bütün maraq göstərən şəxsləri
bir yerdə toplayıb ABŞ universitetlərində təhsil almaq imkanları
haqqında lazımi məlumatlarla onları təmin etməkdir. Burada
tələbələr, şagirdlər, eləcə də valideynlər Birləşmiş Ştatlarda
yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi
məzunlarla görüşüb, proqramlar, təqaüd imkanları, universitetlerə
qəbul prosesi kimi suallarla onlara müraciət ediblər. Tədbirin
rəsmi hissəsinə saat 11: 00-da start verilib.
Sərgidə 15-dən çox universitet və digər ödənişsiz təhsil
proqramları təmsil olunub.
Məzunlar ABŞ universitetlərinin təhsil proqramları və fəaliyyətləri
haqqında məlumat verib, həmçinin, sərgi iştirakçılarını
materiallarla və bukletlərlə təmin ediblər. Sərgidə ABŞ
Səfirliyinin nümayəndələri də iştirak edərək öz universitetlərini
təqdim ediblər.
Əlavə məlumat üçün Sumqayit Təhsil Məlumat Mərkəzinin rəhbəri Günel
Əsgərovaya müraciət edə bilərsiniz.
Sumgayit Təhsil Məlumat Mərkəzi
Ünvan: 19 Məhəllə, Heydər Əliyev Prospekti, yeni tikilmiş bina,
1-ci mərtəbə
Tel: (994 18) 64 4 48 44/070 590 09 96
E-mail: [email protected]
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?