Qızıl ixracı artıb
Bizi izləyin

Digər

Qızıl ixracı artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qızıl ixracı 47,9 faiz artıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hesabat dövründə qızıl ixracının dəyəri 13 milyon 695,8 min manat (artım 44,5%) olub. Fevralda ixrac 163,6 kq təşkil edib.

Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycandan qızıl ixracı 855,2 kiloqram, 76 milyon 871,8 min manat olub.

Qeyd edək ki, ölkədə üç ayda qızıl istehsalı 534,6 kq olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm