Digər
Yəməndə quru əməliyyatı: 100 minlik ordu hazır vəziyyətdə
Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya martın 26-da Yəməndə şiə husilərə qarşı başladığı “Qətiyyət Fırtınası” adlı hava əməliyyatını başa çatdırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, koalisiyanın sözçüsü Əhməd Asiri bir ay ərzində koalisiya təyyarələrinin Yəməndə 2145 hava hücumu təşkil etdiyini bildirib.
O, əməliyyatların Yəmən prezidenti Abdurabbu Mənsur Hadinin istəyi ilə başa çatdırıldığını deyib. Asiri husilərə silah çatdırılmasına maneə törətmək üçün ölkənin mühasirəyə alınacağı dilə gətirib. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada isə milli təhlükəsizliyə yönəlik təhdidlərin aradan qaldırıldığı bildirilib. Nazirlik husilərin Yəmən ordusundan ələ keçirdiyi ağır silahlar və ballistik raketlərin məhv edildiyini qeyd edib.
Ancaq hava zərbələrinin dayandırılması husi qiyamçılarına qarşı əməliyyatların başa çatdırıldığı anlamına gəlmir. Səudiyyənin “El Arabiya” telekanalının xəbərinə görə, “Qətiyyət Fırtınası”nın ardınca “Ümidin yenidən inşası” əməliyyatı başlayır. Məlumata görə, Səudiyyə Kralı Salman bin Əbdüləziz Əl-Səud quru qüvvələrinə bağlı Milli Gözətçi Birliyinin “Qətiyyət Fırtınası” əməliyyatında iştirakı ilə bağlı qərar verib. Milli Gözətçilər Birliyinin rəhbəri Mitib bin Əbdüləziz Kral Salmanın əmrinə uyğun olaraq hazırlıqların tamamlandığını söyləyib.
Milli Gözətçilər Birliyi Səudiyyə Ərəbistanı ordusunda ayrı bir güc kimi yaradılıb. Yüz min əsgərdən ibarət güc ölkənin ən təchizatlı və peşəkar döyüş gücü kimi tanınır.
Ərəb koalisiyasının bir aydır davam edən hava hücumlarına baxmayaraq, strateji Babül Mendep boğazı və Ədən bölgəsində irəliləyən husilər qələbəsini elan edib. Ensarullah Hərəkatı Yəmənin parçalanmadığını və Səudiyyənin strategiyanı dəyişdirmək məcburiyyətində qaldığını açıqlayıb.
Ömər Dağlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü