Yunanıstanın xilaskarı tapıldı
Bizi izləyin

Digər

Yunanıstanın xilaskarı tapıldı

Yunanıstanı maliyyə çətinliyindən Rusiya təbii qazının xilas edəcəyi gündəmin əsas mövzularındandır.

Publika.az xəbər verir ki, “Qazprom”un rəhbəri Aleksey Miller Yunanıstanda səfərdə olub. Enerji mövzusunun gündəmə gətirilmədiyi deyilsə də "Türk Axını" təbii qaz boru xəttinin danışıqların pioriteti olduğu irəli sürülür. Bununla belə A.Miller bu haqqda sirr vermir:"Bu layihə Avropa Rusiya qaz konsorsiyumu ilə reallaşdırıla bilər. Bəzi avropalı şirkətlər “Türk Axını” ilə maraqlanır. Bu layihə Avropa qanunlarına uyğun şəkildə reallaşdırılacaq. Həmin qanunlar bizim üçün heç vaxt maneə olmayıb".

Avropa Birliyinin qazla təminatını nəzərdə tutan “Cənub Axın” layihəsinin inşasını “Qazprom” Türkiyə ilə Yunanıstan sərhədinə qədər uzanan boru xəttiylə kompensasiya etməyi hədəfləyir. Bu layihə “Qazprom”un rəhbərlik etdiyi konsorsiumun Yunanıstana təzminat ödəməsini təmin edəcək.

Afina rəhbərliyi isə deyir ki, Yunanıstanın təcili pula ehtiyacı var. Və bu pul haradan gəlirsə gəlsin qəbul ediləcək.

İqtisiadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm