Neftin ucuzlaşması daha çox kimin gəlirinə təsir edib?
Bizi izləyin

Digər

Neftin ucuzlaşması daha çox kimin gəlirinə təsir edib?

Dünya birjalarında Brent markalı neftin bareli 66,46 dollar, WTI markalı neft isə 59,15 dollar təşkil edib. May ayının əvvəlindən neft son 21 həftədə 60 dollardan yuxarı qalxsa da, hələlik 70 dollar real görünmür. Məsələnin önəmli tərəfi isə neftin ucuzlaşmasının fonunda şirkətlərin gəlirlərinin azalmasıdır.

Publika.az xəbər verir ki, 2015-ci ilin birinci rübündə ABŞ-ın neft-qaz nəhəngi “Chevron”nun xalis mənfəəti 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43.1% azalaraq 2.567 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 1.37 dollar olub. Analitiklər bu göstəricini 0.79 dollar səviyyəsində gözləyirdilər. Şirkətin gəliri 35% azalaraq 34.558 milyard dollara düşüb. “Chevron”nun dünya üzrə kəşfiyyat və hasilat üzrə gəliri 2.02 milyard dollar olub ki,bu da keçən lin eyni dövrünün göstəricisindən 40.5% azdır.

Bu ilin birinci rübündə “ExxonMobil”in xalis mənfəəti 2014-ci ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azalaraq 4,94 milyard dollar təşkil edib. Bir adi səhm üzrə mənfəət $ 1,17 olub. Şirkətin gəlirləri 1,6 dəfə azalıb – 67,618 milyard dollar qədər. Son rübünün yekunlarına əsasən “Exxon” karbohidrogen hasilatını gündə 97 min barel neft ekvivalenti artırıb – 4.2 milyon barel.

Norveçin neft şirkəti “Statoil” da şist neft aktivlərinin və neftin qiymətinin azalması səbəbindən birinci rübü zərərlə başa vurub.Şirkət proqnoz edilən 3.8 milyard krona qarşı 35,4 milyard kron ($4,7 milyard) itirib.

“Statoil” aktivlərinin qiymətini 6 milyard dollar aşağı salıb və Amerika bölməsi üçün qiymət proqnozlarını endirib. “Statoil” birinci rübdə səhmə 1.8 kron dividend ödəyəcək. Şirkət eyni zamanda bu il sərmayələrini 18 milyard dollar səviyyəsində saxlamağı planlaşdırır.

“Royal Dutch Shell”in vəziyyəti daha ağırdır. Şirkətin I rübdə xalis gəliri 56% azalıb. Ancaq neft emalı və treydinq bölmələrinin hesabına analitiklərin proqnozlarını üstələyib.”Shell” 3,2 milyard dollar qazanıb və səhmə 47 sent dividendi qoruyub saxlayacaq. Neft emalı və treydinqdən gəlir 2.65 milyard dollara qədər artıb,hasilat bölməsinin gəliri isə 5,7 milyard dollardan 675 milyon dollara qədər azalıb.

Onu da bildirək ki, “ Shell” ən gəlirli sahələri saxlamaq üçün 2 milyard dollar həcmində aktivlərini satmağı planlaşdırır. Belə ki, bu ilin yanvar ayında şirkət neftin qiymətinin düşməsi səbəbindən üç il ərzində xərclərini 15 milyard dollar azaldacağını bəyan etmişdi.

“Total”ın da mənfəəti düşüb. 2015-ci ilin birinci rübündə fransız neft şirkətinin xalis mənfəəti 20% azalaraq 2,663 milyard dollar təşkil edib.Korrektə edilmiş xalis gəlir 22% azalaraq 2.602 milyard dollar olub. Hər bir səhmə düşən xalis mənfəət 1.13 dollar olub. Birinci rübündə şirkətin satışları 30% azalaraq 42,313 milyard dollar təşkil edib. Karbohidrogen hasilatının ümumi həcmi gündə 2.395 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ilin birinci rübünün göstəricisindən 10% çoxdur. Şirkət hasilatın artmasını Şimal dənizi və Nigeriyada yeni layihələrin istismara verilməsi və Anqaloda hasilatın artması ilə izah edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm