Azərbaycana axın başlayacaq
Bizi izləyin

Digər

Azərbaycana axın başlayacaq

I Avropa Oyunlarına artıq 39 gün vaxt qalır. Ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hesab edilən bu tədbir turizmin inkişafı, investorların Azərbaycanla tanış olması baxımından uzunmüddətli investisiya kimi dəyərləndirilir. I Avropa Oyunları qısamüddətli dövr üçün də böyük gəlirlər vəd edir.

Publika.az-a açıqlama verən millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, I Avropa Oyunları Azərbaycana turist axınını stimullaşdıracaq: “Yarışlara qatılan insanlar burada gördüklərini ətrafdakılara da danışacaqlar. Bu da yeni-yeni turistlərin ölkəyə gəlişinə şərait yaradacaq. Artıq indidən respublikanın turizm zonalarına səfərlər başlayıb”.

Onun sözlərinə görə, 2015-ci ildən Avropa, Asiyadan Azərbaycana axın başlayacaq: “Azərbaycanda iqtisadi rifahı, sabitliyi, infrastrukturun inkişafını görən, eşidən hər bir turist burada istirahət etmək istəyəcək”.

O, eyni zamanda oyunların ölkəyə gətirəcəyi kapitaldan da danışdı. Bildirdi ki, oyunlar yeni-yeni investisiyalara yol açacaq: “Biznes mühiti, sahibkarlığın inkişafına yaradılan şərait investorların diqqətindən yayına bilməz.

Millət vəkili düşünür ki, oyunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətli tədbirdir: “Azərbaycanın haqq səsi dünyaya çatdırılacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm