Yunanıstan borcunu ödəməyə pul axtarır
Bizi izləyin

Digər

Yunanıstan borcunu ödəməyə pul axtarır

Yunanıstan Beynəlxalq Valyuta Fonduna (IMF) olan borcundan 200 milyon dollar həcmində faiz ödəyib.

Publika.az-ın məlumatına görə, Afina rəhbərliyi üçün bu böyük yük olacaq. Çünki ödəmə zamanı yaxınlaşan digər kreditlər var. Hökumət Avropa Mərkəz Bankının (AMB) yunan banklarının daha çox vəsait cəlb etməsinə icazə verməsini istəyir. Amma AMB-nın təyin etdiyi tavan ölkənin daha çox borclanmasına mane olur.

Ölkədəki fikir ayrılığına mayın 11-də Avrogroupun yığıncağında aydınlıq gətirilməsi gözlənilir. 12 mayda isə Afina Beynəlxalq Valyuta Fonduna 750 milyon avro ödəməli olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm