Ağ Ev səfirini geri çağırdı – Qaz uğrunda müharibə isti mərhələyə keçir
Bizi izləyin

Digər

Ağ Ev səfirini geri çağırdı – Qaz uğrunda müharibə isti mərhələyə keçir

Rusiyanın Avropa Birliyinin ona qarşı qaz revanşına cavab olaraq Yunanıstanı ələ almaq cəhdləri Vaşinqtonda da ciddi narahatlıq doğurub.

Publika.az xəbər verir ki, ABŞ Afinada səfirini vaxtından bir il tez geri çağırıb.

Yunan mediasının yazdığına görə, Ağ Ev səfir Devid Pirsin “uğurlu fəaliyyət” göstərə bilməməsini səbəb gətirib.

Lakin ekspertlərin fikrincə, əsas problem Afinanın başına keçən solçuların Moskvaya yaxınlaşması və Brüsselin “Qazprom”dan imtina siyasətinə əngəllər yaratmasdır. Artıq “Türk axını” istiqamətdə işlər sürətləndirilir. Hətta bu layihənin 2016-cı ilə qədər başa çatması ehtimalları var.

Brüssel və Vaşinqton isə əsas alternativ olan Azərbaycan qazı üzərində dayanıblar. Bakıdan başlayaraq Avropada bitən kəmərin Yunanıstan hissəsinə solçular əngəl törədir.

Ehtimallara görə, “qaz müharibələri” isti mərhələyə keçir.

Qeyd edək ki, iki həftə öncə “The Daily Telefraph” ABŞ-ın Afinaya xüsusi nümayəndə heyəti göndərəcəyi haqda yazmışdı.

“Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid edir. Azərbaycan qazı Avropa bazarlarını Rusiya asılılığından qurtarmağa kömək edəcək. ABŞ Rusiyanın Yunanıstanı ələ almasına “cavab atəşi” hazırlayır. Yaxın günlərdə bu məqsədlə Dövlət departamentinin nümayəndə heyəti Afinaya yollanacaq. Nümayəndə heyətinə də Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein) rəhbərlik edəcək”, - deyə nəşr bildirirdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm