Üç ayda 6877,5 milyon dollarlıq ticarət aparılıb
Bizi izləyin

Digər

Üç ayda 6877,5 milyon dollarlıq ticarət aparılıb

Yanvar-mart aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 72 ölkəyə əmtəə ixrac olunub. 113 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 21-i Amerika, 35-i Asiya ölkələri və digərləridir.

Üç ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 6877,5 milyon dollar, o cümlədən ixracın həcmi 4449,1 milyon dollar, idxalın həcmi 2428,4 milyon dollar təşkil etmiş, nəticədə 2020,7 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 38,9 faiz artaraq 474,2 milyon dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm