Qazaxıstan iqtisadiyyatının artım tempi pisləşib
Bizi izləyin

Digər

Qazaxıstan iqtisadiyyatının artım tempi pisləşib

2015-ci il üçün Qazaxıstan iqtisadiyyatının artım tempi 1.8%-dən 1.3%-ə qədər pisləşib.

Publika.az xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında bildirilir. Bank həmçinin 2016 və 2017-ci illər üçün ehtimalları dəyişdirib. Dünya Bankı həmin illərdə artımı müvafiq olaraq 2.8% və 3.9% proqnozlaşdırır.

2014-cü ildə Qazaxıstan iqtisadiyyatının artımı 2013-cü ildəki 6%-dən 4.3% qədər azalıb. Dünya Bankı hesab edir ki,neft qiymətlərinin aşağı düşməsi investorların Qazaxıstan iqtisadiyyatına olan inamını zəiflədib. 2014-cü ildə investitsiyaların artımı 2013-cü ildəki 6.2%-dən 2% qədər azalıb.

Bank of America (BofA) Merrill Lynch analitikləri hesab edirlər ki,tənəzüldən qaçmaq üçün Qazaxıstan tenqenin devalvasiyasını davam etdirməlidir. 2014-cü ilin 11 fevralında tenqe dollara nisbətdə 19% devalvasiya edilmişdi.

O vaxtdan bəri milli valyutanın kursunun dəstəklənməsinə Milli Bank 18 milyard dollar xərcləyib. Rusiya ilə ticarətin pisləşməsinə və neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq tenqenin kursu dəyişməz qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm