Banklar 20 milyard manatdan çox kredit verib
Bizi izləyin

Digər

Banklar 20 milyard manatdan çox kredit verib

Bu il aprel ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, verilən kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artıb. Onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 2015-ci il aprel ayının 1-nə 7,8 milyard manata çatıb.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,13 manata, 100 Rusiya rubluna 1,99 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,94 manata, 1,04 manata və 1,58 manata bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm