Ölkədə işləyən və işləməyənlərin sayı bəlli oldu
Bizi izləyin

Digər

Ölkədə işləyən və işləməyənlərin sayı bəlli oldu

Bu ilin mayın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 4855,6 min nəfər olub.

Publika.az-a Dövlət Statistika Komitəsinsdən verilən məlumata görə, onlardan 4618,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Muzdla işləyənlərin sayı

1507,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 879,2 min nəfər, qeyri-dövlət bölməsində isə 627,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,7 min nəfər, qeyri-neft sektorunda isə 1471,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,7 min nəfər təşkil edib.

2015-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,1 saat olub.

Siyahıda işsizlərin sayı diqqət çəkir. 2015-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,2 min nəfər olub. Onların 39,1 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 248,3 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm