2,4 milyon ton neft nəql olunub
Bizi izləyin

Digər

2,4 milyon ton neft nəql olunub

May ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.

Publika.az xəbər verir ki, 2015-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 815 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-may aylarında bu kəmərlə 11 milyon 946 min 559 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyun ayının 1-ə qədər BTC-yə 275 milyon 771 min 491 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin may ayında BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm