Digər
Saakaşvili Putinin işğal planlarını açıqladı - VIDEO
Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etmək planının arxasında qaz amili dayanır və onun planlarına hələ bir çox əraziləri də ələ keçirmək daxildir.
Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili İrlandiyanın paytaxtı Dublində "Avropa xalq partiyası"nın konqresində videobağlantı zamanı deyib.
"Rusiya prezidenti Putin bir sıra çağırışlar edib. Əgər Ukrayna
onlara qulaq assa, demokratik ölkə olsa, o zaman Rusiya
vətəndaşları da niyə eyni şeylərə malik olmadıqlarını soruşacaqlar.
Digər bir məsələ isə, Krımda zəngin qaz ehtiyatları var.
Amerika şirkətlərinin sayəsində növbəti 3 il ərzində Ukrayna növbəti qaz ixracatçısına çevriləcəkdi və Rusiya qazını almağı dayandıracaqdı, bu isə o deməkdir ki, Qazprom Avropada ən böyük qaz alıcısını itirəcəkdi. Əminəm ki, əsas amil budur. Putinin Cənubi Osetiyanı, Abxaziyanı, Krımı, daha sonra Ukraynanın digər ərazilərini və cənubunu, sonra isə Moldovada Dnestryanı bölgəsini işğal etmək və Rusiyaya birləşdirmək planları var", - Saakaşvili belə deyib.
Saakaşvili həmçinin bildirib ki, Vladimir Putin Qərbi ciddiyə almır
və dünya ictimaiyyətinin diqqətinin Ukraynadan hansısa digər
böhrana yönələcəyinə ümid edir. "Putin sanksiyaların tətbiq edilə
biləcəyinə inanmır. O, artıq Qərbi ciddiyə almır. O, ümid edir ki,
başqa bir böhran yaranana kimi burada Qərbdə müzakirələr aparılacaq
və ondan sonra hamı Ukrayna barədə unudacaq. Gürcüstanla da belə
olmuşdu"
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Rusiyanın Ukrayna
mövqeyinə cavab olaraq, bu ölkənin bir sıra dövlət məmurlarına və
fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etmək qərarını
açıqlayıb. ABŞ həmçinin bəzi Krım dövlət məmurlarına qarşı da viza
sanksiyaları tətbiq edəcək.
Azvision.az
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...