Son 6 ayda 206 çoxmərtəbəli bina qazlaşdırılıb
Bizi izləyin

Digər

Son 6 ayda 206 çoxmərtəbəli bina qazlaşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-iyun aylarında 206 çoxmərtəbəli binaya təbii qaz verilib.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

“Azəriqaz” İB Azərbaycan ərazisində təbii qazın satışı və paylanması ilə məşğul olur.

Birliyin məlumatına əsasən, Azərbaycanda qaz abunəçilərinin sayı 1,75 milyon nəfəri keçib.

Ölkə ərazisində qaz verilişinin fasilələrlə məhdudlaşdırılması qazlaşdırılma səviyyəsinin artırılma işləri ilə bağlıdır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm