Samir Şərifov fransızları qəbul edib
Bizi izləyin

Digər

Samir Şərifov fransızları qəbul edib

Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Samir Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Fransanın dövlət katibi ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssüratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən Matias Feklin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm