4 uşaq anası olan məşhur görüntüsü ilə hamını MAT QOYDU - FOTO
Bizi izləyin

Magazin2

4 uşaq anası olan məşhur görüntüsü ilə hamını MAT QOYDU - FOTO

Aktyor Alek Bolduinin yoqa müəllimi olan həyat yoldaşı Hilariya Bolduin qüsursuz bədəni ilə gənc qızlara meydan oxuyur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, may ayında 4-cü dəfə ana olan Hilariya sosial şəbəkədə paylaşdığı foto və videolar sayəsində fenomen olub. O, paylaşımlarında doğuşdan sonra arıqlamağın yolları və sağlam qidalanma haqqında qadınlara məsləhətlər verir.

34 yaşlı yoqa müəllimi doğuşdan sadəcə bir neçə həftə sonra hamiləlikdən əvvəlki görüntüsünə qovuşub. H.Bolduin “Womens Health Magin” saytına verdiyi müsahibəsində buna necə nail olduğunu açıqlayıb:

"Bir sirrim odur ki, hamiləlikdən əvvəl formada idim. Hamiləlik zamanı da lazım olduğundan artıq çəki almadım. Bədənimin genişlənməsinə, kökəlməsinə və fiziki baxımdan ehtiyatlı davranmaq məcburiyyətində qalmağıma baxmayaraq, hər gün aktiv ola bilmək üçün əlimdən gələni etdim. Dördüncü dəfə hamilə olanda bütün günü uzanmaq istəyirdim, amma bunu etmədim. Çünki üç balaca uşağım var idi və mən onların arxasınca qaçmağa məhkumam”.

Hilariya hesab edir ki, formada qalmağın birinci şərti bədənini dinləməyi öyrənməkdir: "Həyatım boyu bədənimin mənə dediklərini dinləməyi öyrənmişəm. Bədənimin ehtiyacı olduqda istədiyi qədər dincəlirəm. Aktiv olmaq lazım gələndə, yenə onun istəklərinə qulaq verirəm".

Yoqa mütəxəssisi onu da bildirib ki, meditasiya ilə məşğul olmaq üçün vaxt tapmayanda, bəzən mətbəxdə, bəzən hamamda, bəzən də uşaqları ilə oynayarkən əzələlərini hərəkət etdirən hərəkətlər edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm