Bir-birindən dəbdəbəli və zərif modellər - FOTOLAR
Bizi izləyin

Qadın

Bir-birindən dəbdəbəli və zərif modellər - FOTOLAR

Gecə geyimlərinə fərqlilik bəxş edən modelyerlər inanılmaz bir dəfiləyə imza atıb.

Belə ki, Paris Yüksək Dəb Həftəsində keçirilən 2014-cü ilin yaz dəfilələrində iki tanınmış modelyer Tamara Ralph ve Michael Russonun 2014 yaz kolleksiyası nümayiş olunub. Haute Couture (modelyerə xas) tərzdəki bir-birindən eleqant ziyafət libasları, özəl gecələrdə seçimlərimizə şahlıq edəcək. Modelin üzərindəki qırmızı güpürlü paltar dəbdəbə ilə zərifliyin birləşməsidir.

Güpürün haqqını verən modelyerlər Ralph və Russo çəhrayı paltarı qaşlarla bəzəyiblər. Qoldakı böyük çiçək isə libası gecə geyiminə çevirməyi bacarıb. Tül və güpür detallarının möhtəşəm cazibəsini qara rəng üzərində də sınaqdan keçiriblər. Ortaya isə göz qamaşdıran nəticə çıxır.

Əlvan rənglərin üstünlük təşkil etdiyi dəfilədə favori rənglər arasında mavi, çəhrayı var. V yaxalıqlı, düşük çiyinli ipək paltarlar bir gecədə bütün diqqətləri üzərinizə toplayacaq.

Güpür detallarını lasin formada təqdim etmək də yaxşı fikirdir. Rəng tonları və kəsimi ilə olduqca iddialı libasdır.

Publika.Az-ın qadın bölməsi dəfilənin ən yaxşı modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm