Pulları başından aşan gözəllər - FOTOLAR
Bizi izləyin

Qadın

Pulları başından aşan gözəllər - FOTOLAR

Alt geyim markası "Victorias Secret"in modeli olmaq modellik karyerasına başlayan bütün qızların xəyalıdır. Bir dəfə mələk olmaqla, şöhrətin bütün qapıları üzünə açılar və sərvət qazana bilər. Əvvəllər mələk olan modellər indi bahalı brendlərin simalarına çevriliblər. Forbes jurnalı VS-in ən varlı 5 modelini açıqlayıb. Bu modellərin demək olar ki, hamısı dünyaya övlad gətirdikdən bir neçə ay sonra podiuma çıxaraq göz qamaşdırıblar.

Adriana Lima - 35 milyon dollar

Təkcə Victorias Secretin ən zəngin modeli olmaqla kifayətlənməyib, həm də ən çox gündəmdə olan modeldir. Tv şoularında iştirak etmək və reklamlarda oynamaq üçün tez-tez Türkiyəyə də gedir. 35 milyon dollarlıq sərvəti ilə dodaq uçuqladır.


Miranda Kerr - 18 milyon dolar

Adi kataloq modeli ikən birdən-birə "Victorias Secreti"n ən çox sevilən modeli olur. Avstraliyalı model 2013-cü ildə sərvətini 7 milyon artıraraq 18 min dollara qədər qaldıra bilir. Həyat yoldaşından ayrıldıqdan sonra gündəmə gələn 31 yaşlı Kerr Vs-dən keçən il ayrıldı.

Doutzen Kroes - 10 milyon dolar

2004-cü ildən etibarən "Victorias Sceret"lə işləyən və 2008-ci ildə mələk olan hollandiyalı Doutzen Kroes sürətlə məşhurlaşan modellərdən biri kimi tanınır. 29 yaşlı gözəl "Tiffany & Co." və "L'Orreal"in simasıdır.

Candice Swanepoel – $5 milyon dolar

1988-ci ildə anadan olan "Victorias Secret"in başqa bir mələyi cənubi afrikalı Swanepoel 5 milyon dollar sərvətin sahibəsidir. Həmçinin siyahının ən gənc modelidir.

Liu Wen - 4.3 milyon dolar

“Forbes”ə görə, Liu Wen "Victorias Secret"in dəfiləsində iştirak edən ilk şərqli asiyalı modeldir. "H&M", "Calvin Klein", "Estee Lauder", "Hugo Boss"... kimi bir çox firma ilə işləyib. Bu modelin özəlliyi ondan ibarətdir ki, keçici də olsa, podiuma döyməli çıxan ilk modeldir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm