
Publika.Az-ın məlumatına görə, Qərbi Avstraliya universitetinin alimləri qırmızı şərabın içinə bir bakteriya qarışdıraraq pambığa bənzər bir parça əldə ediblər.
Bu qarışıqdan istifadə edilərək yaradılan parçayla streç geyimlər
əldə edən alimlər dizaynerlərdən də kömək alıblar.
Araşdırmanı aparan komandanın başında olan Qeri Kass “Şərab
kolleksiyası”nı yaratmaq üçün Donna Franklin adlı
dizayner-sənətkarla birlikdə çalışıb.
Kass layihəylə bağlı bunları deyib: “Bu çalışma, toxuma
maddələrinin istehsalına yeni bir nəfəs gətirib. Səbət və texnoloji
elminə bir az yaradıcılıq qataraq bakteriyayla mayalanan, tikişsiz
bir geyim əldə etməyi hədəf almışıq”.
Sahilə
Publika.Az