Bəziləri Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək... - Mişustin
Bizi izləyin

Qarabağ

Bəziləri Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək... - Mişustin

Dağlıq Qarabağdakı müharibədən, Qırğızıstan və Belarusiyadakı vəziyyətdən bir sıra dünya oyunçuları haqsız rəqabət üçün istifadə edirlər.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının iclasında deyib.

O, mövcud şərtlərdə birlik ölkələrinin ən yaxın iqtisadi tərəfdaş olaraq qalması lazım olduğunu vurğulayıb: "Bütün dünyada olduğu kimi, MDB üzvü olan ölkələrdə də iqtisadi aktivlik xeyli azaldı. Bu ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəmiz üçüncü ölkələrlə də qarşılıqlı ticarətdə azaldı”.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bəzi üzvləri dünyadakı pandemiya və ümumi qeyri-sabitlikdən iqtisadi və çox vaxt siyasi üstünlüklər əldə etmək üçün iqtisadi proseslərə baxışlarını tətbiq etmək üçün istifadə etməyə çalışırlar.

Haqsız rəqabət məqsədi ilə sanksiyalardan və proteksionist tədbirlərdən geniş istifadə olunur. Baş nazir vurğulayıb ki, Birlik ölkələri konstruktiv qarşılıqlı əlaqəni davam etdirməli, ahəngdar işləməli və bir-birləri üçün yaxın iqtisadi tərəfdaş olaraq qalmalıdırlar. Onun sözlərinə görə, Rusiya dəqiq bu yola köklənib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm