Savaş bitir, erməni ordusu darmadağındır - Strelkov
Bizi izləyin

Qarabağ

Savaş bitir, erməni ordusu darmadağındır - Strelkov

İrəvanın taktiki və strateji səhvlərinə görə erməni hərbçilərin indi Ağdam və Stepanakertdən (Xankəndi - red.) geri çəkilmək üçün yolları bağlanıb. Vəziyyət kritik həddə yaxındır. Bakı isə sərfəli mövqedədir. Azərbaycanın dronları erməniləri dalana dirəyib.

Publka.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə qondarma DXR-in keçmiş “müdafiə naziri” İqor Strelkov NSN-ın efirində danışıb.

"Şuşa ciddi strateji nailiyyətdir. O alınsa, ardınca Dağlıq Qarabağ da alınacaq. Məsələ bir neçə həftə sürəcək. Ermənilər Şuşanı saxlaya bilsələr belə, Yeni ildən sonra Ermənistan ordusu darmadağın edildiyi üçün hərbi əməliyyatlar dayandırılacaq", - o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm