Ermənistan terror əməllərinə görə dünyada ilk yerlərdədir - Deputat
Bizi izləyin

Qarabağ

Ermənistan terror əməllərinə görə dünyada ilk yerlərdədir - Deputat

“Ermənistan siyasətinin mərkəzində beynəlxalq terrorizmə dəstək və onu inkişaf etdirmək dayanır. Bu, yeni məsələ deyil. Ermənistan dünyada kiçik xalq olsa da, terror təşkilatlarının və orada təmsil olunan terrorçuların, terror əməllərinin sayına görə dünyada ilk yerlərdədir. Bunlardan ən tanınmışı isə ASALA terror təşkilatıdır”.

Bu sözləri Publlika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, ermənilər yaxın tarixdə də bir sıra hallarda Azərbaycanın diplomatik nümayəndəliklərinə, xaricdə yaşayan soydaşlarımıza terror hücumları təşkil ediblər: “Onlar bir neçə il öncə də türkiyəli diplomatik nümayəndələrə qarşı terror əməliyyatı həyata keçirmişdi. Bu ilin iyul ayında da biz onların terror əməllərinin şahidi olduq. Artıq bir az da fəallaşıblar. Xaricdəki diplomatik konsulluqlarımıza, o cümlədən Xarkovdakı fəxri konsulluğun inzibati binasına gecə saatlarında odlu silahdan atəş açıblar. Ondan əvvəl də Estoniyada təxribatlar həyata keçirmişdilər. Bu, bir daha onu göstərir ki, bu gün təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyi deyil, ümumilikdə erməni xalqını idarə edən, xaricdə yaşayan erməni lobbisi və diaspor rəhbərləri də terror təşkilatının rəhbərləri kimi addımlar atırlar.

Azərbaycan bu gün apardığı anti-terror əməliyyatlarında, Vətən müharibəsində təkcə öz işğal altında olan torpaqlarını azad etmir, eyni zamanda terrorçulara ümumilikdə dərs verməklə, doğru yola dəvət etməklə və onları ərazilərimizdən təmizləməklə məşğuldur. Onlar terror hadisələri həyata keçirməklə çalışırlar ki, həm daxildə, həm də xaricdə yaşayan soydaşlarımızda qorxu yaratsınlar. Amma buna o çirkin əməlləri ilə heç vaxt nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı qorxmaz və mərddir. Bu gün bizim çox peşəkar və son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytaran, tarixi ədaləti bərpa edən sərkərdəmiz, Ali Baş Komandanımız, çox qüdrətli ordumuz, güclü dövlətimiz var. Ona görə də bu əməlləri həyata keçirməklə düşmən heç nəyə nail ola bilməyəcək. Artıq beynəlxalq təşkilatlar, xarici ölkələrin liderləri Ermənistana təzyiq göstərməlidirlər. Hətta o ölkəyə sanksiyalar tətbiq etməlidirlər ki, onlar çirkin əməllərindən, terror hadisələri törətmək niyyətlərindən əl çəksinlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm