Şuşa zəfəri sərhədlərimizdən kənarda - QÜRURLANDIRAN GÖRÜNTÜLƏR
Bizi izləyin

Qarabağ

Şuşa zəfəri sərhədlərimizdən kənarda - QÜRURLANDIRAN GÖRÜNTÜLƏR

Dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Qafqazın incisinin - Şuşa şəhərinin işğaldan azad edildiyini elan etməsi ölkə vətəndaşları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımızı da küçələrə çıxarıb, onlar qələbəni özünəməxsus, böyük coşğu, fərəhlə qeyd ediblər.

Publika.az xarici ölkələrdə həmvətənlərimizin qələbə sevincini əks etdirən görüntülərin bir neçəsini təqdim edir:

Hər zaman Azərbaycanın yanında olan, mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyədə Şuşanın azad olunması böyük sevinclə qarşılanıb. İnsanlar Türkiyə və Azərbaycan bayraqları ilə Şuşa şüarları səsləndirib, qələbə rəqsi ediblər. İstanbul küçələrində də maşın karvanları qələbəmizə səs verib:

Rusiyanın paytaxtı Moskva şəhərində də Şuşanın azad olunması xüsusi qeyd edilib. İnsanlar Kremlin qarşısında rəqs edib, Moskva səmalarını qələbə atəşfəşanlığı ilə işıqlandırıblar:

Qələbəmiz Rusiyanın Sankt-Peterburq Tümen şəhərlərində də böyük coşğu ilə qarşılanıb:

Polşanın paytaxtı Varşavada yaşayan həmvətənlərimiz sevinclərini üçrəngli bayrağımıza sarılıb rəqs etməklə nümayiş etdiriblər. Şuşanın azad olunmasının şərəfinə şəhərdə atəşfəşanlıq olub:

Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da qələbə səsimizə səs veriblər. Onlar Şuşanın şərəfinə atəşfəşanlıq təşkil ediblər:

Şuşanın azad olunması ABŞ-da yaşayan azərbaycanlıları da küçələrə çıxarıb. Nyu-Yorkdakı həmvətənlərimiz dəstəklərini rəqs etməklə, maşınların üzərində Şuşaya dəstək şüarları əks etdirməklə nümayiş etdiriblər:

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm