Baş Prokurorluqdan Tərtərin ataşə tutulması ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qarabağ

Baş Prokurorluqdan Tərtərin ataşə tutulması ilə bağlı AÇIQLAMA

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Paş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilir ki, 10.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 00 radələrində Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm