Paşinyan HƏR ŞEYİ ETİRAF ETDİ: Bir yol vardı, Ermənistan buna görə TƏSLİM OLDU - VİDEO
Bizi izləyin

Qarabağ

Paşinyan HƏR ŞEYİ ETİRAF ETDİ: Bir yol vardı, Ermənistan buna görə TƏSLİM OLDU - VİDEO

Video əlavə olunub.

***

"Ordu dayanmağın lazım olduğunu söylədi".

Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bildirib.

O deyib ki, ordudan hərbi sursatların tükənməsi xəbərləri gəlirdi. Bundan başqa perspektiv olmayıb: "Cəbhə bölgəsində vuruşanları əvəz edən yox idi. Döyüşənlərin dincəlmək imkanı olmalı idi. Cəbhə xəttində ardıcıl bir ay əvəzlənməyən insanlar var idi. Nəticədə Ermənistan respublikasının rəhbərliyi və dqr (qondarma Dağlıq Qarabağ rejimi - red.) müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar verdi, əks təqdirdə bunun nəticələri daha ağır olacaq".

O, daha sonra deyib: "Atəşkəs hərbi əməliyyatların başlanğıcında - 27 sentyabrda bağlanmadı, çünki atəşkəslə maraqlanmırdıq.

Paşinyan bildirib ki, Ermənistan hərbi əməliyyatlarda qalib gələcəyinə inanıb: "Təəssüf ki, bu baş vermədi. Biz belə bir addım ata bilməzdik".

"Müharibəni dayandırmağın bir yolu var idi - Qarabağa status vermədən ətrafındakı beş bölgənin təhvil verilməsi", - Paşinyan bildirib.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm