İmzalanmış sənəd Azərbaycanın böyük qələbəsidir - ŞƏRH
Bizi izləyin

Qarabağ

İmzalanmış sənəd Azərbaycanın böyük qələbəsidir - ŞƏRH

“Ermənistan cənab Prezident İlham Əliyevin şərtlərini qəbul etdi, təslimçilik aktına imza atdı. Ermənilər Azərbaycan Ordusunun gücü qarşısında dura bilmədilər. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gücün qarşısında dünyada heç kəs dura bilməzdi”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili Azərbaycan və Ermənistan arasında imzalanmış saziş ilə bağlı danışarkən qeyd edib.

O diqqətə çatdırıb ki, bu gün Ermənistan təslimçilik aktına qol çəkməklə öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan çəkməyə razılıq verdi: “Düşünürəm ki, Azərbaycan addım-addım buna yaxınlaşdı. Biz Şuşanı azad etməklə qələbəmizi tamamilə yekunlaşdırmaq ərəfəsində olduq. Hesab edirəm ki, imzalanmış sənəd Azərbaycanın böyük qələbəsidir. Bu, Azərbaycanın haqqıdır, eyni zamanda ədalətin təntənəsidir”.

“Təbii ki, belə bir zamanda məğlubiyyətə uğrayan Ermənistanda bu hadisələrin baş verməsi gözlənilirdi. Baş nazir Paşinyan olmaqla, Ermənistan hökuməti bütövlükdə bölgəni müharibəyə sürüklədi, minlərlə erməni əsgəri Dağlıq Qarabağda məhv olundu. Təbii ki, bunun haqq-hesabını erməni xalqı öz hakimiyyətindən və baş nazirindən sormağa başladı. Əslində, gözləniləndir ki, bu hadisələr dramatik cəhətdən daha da inkişaf edəcək. Çünki Ermənistan hökuməti həm də Dağlıq Qarabağda baş vermiş cinayətlərə, bütün dağıntılara və Azərbaycan əsgərinin şəhid olmasına görə cavab verməlidir. Bununla bağlı Azərbaycanın hökumət orqanlarının topladığı sənədlər var”, - millət vəkili əlavə edib.

T.Mirkişilinin sözlərinə görə, proseslərin gedişi onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişməsə, bölgədə uzunmüddətli sülhə nail olmaq üçün yeni mexanizmlər lazım olacaq: “Ümid edirik ki, Ermənistan imzalanmış sənədə əməl edəcək. Əgər əməl etməsə, yenə güclü Azərbaycan Ordusu, beynəlxalq təminat var. Bu, bizim böyük qələbəmizdir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm